Haqqımızda

Həkim haqqında

Bağırov  Zəbur  David  oğlu 18 sentyabr 1986-cı  ildə  Culfa  rayon Bənəniyar  kəndində  ziyalı  ailəsində  anadan  olub və Culfa  rayon Bənəniyar  kənd  orta  məktəbini  2003-cü ildə fərqlənmə attestatı ilə bitirib. 2003-2009-cu illərdə  Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almışdır.
Zəbur Bağırov 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

İş təcrübəsi: 

  • 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının  Travmatologiya şöbəsində gecə növbəsində  1,0 oklad tibb qardaşı kimi çalışıb.
  • 03.08.2009 – 31.08.2009 – Diaqnostika Müalicə Mərkəzində interna vəzifəsində çalışıb.
  • 01.09.2009 – 25.05.2010-cu il tarixləri arasında Türkiyə Respublikası  Kocaeli  Universitetinin Ümumi  Cərrahiyyə şöbəsində  internatura  təhsili  alıb.
  • 2011-2013-cü illərdə Naxçıvan MR Məhkəmə Tibbi Ekspertiza və Patoloji  Anatomiya  Birliyində  şöbə  rəisi və Naxçıvan MR Xəstəxanasının Cərrahiyyə  şöbəsində  əvəzçiliklə 0,5 oklad  həkim-cərrah vəzifəsində çalışmışdır.
  • 02.12.2013 – 01.01.2017-ci  il  tarixləri arasında  Türkiyə Respublikasının  Kocaeli  Universiteti  Tibb fakültəsi Elmi-Tədqiqat  Xəstəxanasında “Urologiya” ixtisası üzrə  ixtisasartıma kursunu müvəffəqiyyətlə keçib.
  • 01.04.2016-cı il tarixindən  Naxçıvan Muxtar  Respublika  Xəstəxanasının  Urologiya  şöbəsində  1.0 oklad  həkim-uroloq vəzifəsində; 
  •  01.06.2016-cı il tarixindən  Naxçıvan Muxtar  Respublika  Xəstəxanasının  Urologiya  şöbəsində  əlavə olaraq  əvəzçiliklə  0,5 oklad, cəmi 1,5 oklad   həkim-uroloq vəzifəsində; 
  • 16.01.2017-ci il tarixindən 01.03.2018-ci il tarixinə qədər Naxçıvan Muxtar  Respublika  Xəstəxanasının  Urologiya  şöbəsinin müdiri vəzifəsində işləyib.
  • 2018-2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasının Baş həkimi vəzifəsində fəaliyyət göstərib.


06.09.2023-cü il tarixindən Bakı Sağlamlıq Mərkəzində, həmçinin həmin ilin noyabrında Unikal-A Məhdud Məsuliyyətli cəmiyyətində həkim uroloq cərrah olaraq kimi çalışmağa başlayıb.