Böyrək daşı xəstəliyi, əlamətləri və səbəbləri

Böyrək daşı xəstəliyinin əlamətləri

Böyrək daşı xəstəliyinin mövcud olmasının ən əsas əlaməti ağrıdır. Bu ağrılar bəzi xəstələrdə çox az hiss olunmasına baxmayaraq, bəzi xəstələrdə şiddətli şəkildə özünü göstərə bilir.

Bundan əlavə aşağıdakı əlamətlər böyrək daşının mövcud olmasından xəbər verir:

  • Sidik ifrazı zamanı ağrı
  • Sidikdə qan
  • Tez-tez sidiyə getmə
  • Bəzən çox az miqdarda sidik ifrazı və ya sidik ifrazı zamanı çətinlik çəkmək
  • Hərarət və titrəmə

 

Bəzən böyrək daşı ilə əlaqəli sidik yolları infeksiyasılarının olub-olmamasını yoxlamaq üçün pasiyentdən sidik analizi tələb olunur.

 

Böyrək daşı xəstəliyinin müalicəsi

Müalicə daşların hansı ölçüdə olması, pasiyentin real vəziyyəti əsasında planlanmalıdır. Daşın ölçüsü böyüdükcə qeyri-cərrahi üsulla böyrək daşından azad olmaq mümkün olmur. Xüsusilə təkrarlanan böyrək daşlarında daşın yaranma səbəblərini (altda yatan səbəbləri) araşdırmaq çox vacibdir. Bu məqsədlə laborator analizlərin götürülməsi, orqanizmdə kalsium, maqnezium, D vitamini və s. mineral və vitaminlərin səviyyələrinə baxmaq əhəmiyyət kəsb edir.

Böyrək daşının yaranma səbəbləri içərisində ən başlıca faktorlar qidalanma tərzinin sağlam olmaması, eləcə də çox az miqdarda su içməkdir (və ya su içmək vərdişinin olmamasıdır).