Cinsi zəiflik, cinsi zəifliyin səbəbləri

Cinsi zəifliyin səbəbləri

Cinsi zəiflik kişilər arasında geniş yayılmış xəstəliklərdən və psixoloji problemlərdən biridir. Cinsi zəiflik uzun müddət hiss olunduqda daha ağır psixoloji problemlərə də səbəb ola bilər.

Bəs cinsi zəifliyə ən çox necə pasiyentlərdə rast gəlinir?

  • Şəkər xəstəliyi və ürək xəstəliklərindən əziyyət çəkənlər
  • Sinir sistemi xəstəlikləri
  • Alkoqolizmdən əziyyət çəkənlər
  • Xroniki xəstəliklər
  • Hormonal pozuntular
  • Sidik yolu xəstəlikləri
  • Prostat
  • Piylənmə kimi xəstəlikləri olanlar,
  • Penisin anatomic pozuntuları mövcud olan kişilər və s.

Bu risk qruplarına aid olan şəxslərin davamlı müayinələrdən keçməsi və cinsi sağlamlığını yoxlaması mütləqdir.

 

Cinsi zəiflik və erkən boşalma

Bəzi hallarda aşkarlayırıq ki, pasiyentdə mövcud olan əsas problem cinsi zəiflik yox, erkən boşalmaya bağlı olaraq ortaya çıxan cinsi zəiflik problemidir. Çünki bəzi hallarda erkən boşalmaya bağlı olaraq ereksiya davam edə bilmir və kişilər cinsi əlaqədən qaçırlar.

Cinsi zeifliyin mualicesi

Cinsi zəifliyin müalicəsində pasiyenti ətraflı şəkildə dinləmək, bütün fərdi xüsusiyyətlərini anlamaq önəmlidir. Həmçinin müalicə prosesində onun gündəlik vərdişlərindən tutmuş tibbi müalicə metodlarınadək dəyişikliklər təklif olunur. Bəzi hallarda cərrahi müdaxilə ilə müalicə də planlana bilər. 35 yaşdan sonra bir qism xəstələri əhatə edən cinsi zəiflik, kişilərdə 40 yaşdan sonra daha geniş yayılmış bir problemdir.