Kişi sonsuzluğu, kişilərdə sonsuzluq

Kişi sonsuzluğu nədir? Kişilərdə sonsuzluq

Artıq müasir dövrdə kişilərdə də sonsuzluq problemi qadınlarda olduğu qədər geniş yayılıb. Bəzi hallarda kişilər bu problemi özlərinə kompleks etdikləri üçün müalicə olunmaqdan imtina edirlər. Nəzərə alınmalı əsas məqam odur ki, kisi sonsuzlugu mualicesi mümkün olan bir xəstəlikdir. Kişi sonsuzluğunun yaranma səbəblərindən danışarkən hormonal pozuntular, bəzi iltihabi xəstəliklərin mövcudluğu, kimyəvi faktorlar, hazırkı şəraitdə qidalanma və ümumi olaraq, həyat tərzinin necə keçməsi, bir sıra pasiyentlərdə isə anadangəlmə sağlamlıq problemləri və genetik faktorları mütləq qeyd etmək lazımdır. Varikosel xəstəliyi isə kişi sonsuzluğunun əsas səbəblərindəndir, hansı ki, bu sadəcə cərrahi yolla müalicə oluna bilir.

Kisi sonsuzlugunun qarsisini alma yolları

Bunun üçün pasiyentin həyat tərzinin təhlili ilə yanaşı, onda mövcud olan anroloji-uroloji  narahatlıqların səbəbi də təhlil olunmalıdır. Hər şeydən əvvəl peşəkar həkim müayinəsi və düzgün diaqnoz mütləqdir. Əks halda müalicə uğursuz olacaq, hetta fesadlar da yarana bilər. Pasiyentlərin bir çoxunda varikosel olduğu halda müalicəyə üstünlük verirlər, əməliyyatdan qaçırlar və ya ümumiyyətlə varikoselin sonsuzluqla olan əlaqəsindən xəbərləri yoxdur. Əməliyyatı gecikdirmək sonsuzluq probleminin də uzun müddət davam etməsinə səbəb olur. 
Sidiyə çıxarkən yanma və ya axıntı bəzi hallarda sonsuzluqdan xəbər verə bilər. Amma bu bir sıra uroloji-androloji xəstəliklərin ortaq simptomu olduğundan dəqiq diaqnoz üçün müayinədən keçmək mütləqdir.

Kisi sonsuzlugu nece askarlanir?

Kisi sonsuzlugunu askarlamaq üçün konkret diaqnoz haqqında fikir bildirmək düzgün yanaşma deyil. Çünki kişilər ümumiyyətlə özləri sonsuzluq əlamətlərini hiss edə bilmirlər - əslində, hiss olunacaq müəyyən bir sıra simptomlar da yoxdur. Mütləq onlar tibbi testdən - spermoqramma analizindən keçməlidirlər. Sonsuzluq aşkar olunarsa, kisi sonsuzluguna sebeb olan xəstəlik müəyyənləşdirilməli sonra ona uyğun müalicə planlanmalı və həyata keçirilməlidir.