Sidik yolu infeksiyası

Sidik yolu infeksiyası nədir?

Sidik yolu infeksiyası böyrəklər, uretra, sidik kisəsi və sidik kanallarını əhatə edən infeksiyalar daxildir. Bəzən ətrafdakı bakteriyalar sidik yoluna daxil olaraq sidik yolu infeksiyası yaradırlar. Bu infeksiyalar içərisində ən geniş yayılmışı sidik kisəsi infeksiyası olan sistit xəstəliyidir.

Sidik yolu infeksiyalarının əlamətləri

Bu əlamətlərə rast gəldiyiniz halda sidik yolu infeksiyasının mövcudluğundan şübhələnməlisiniz:
 

  • Tez-tez sidiyə getmə
  • Sidik ifrazı zamanı ağrı və yanma
  • Ürəkbulanma və ya qusma
  • Pis qoxulu sidik ifrazı
  • Bəzi hallarda temperatur yüksəkliyi və yorğunluq
  • Qadınlarda alt qarın bölgəsində ağrılar
  • Sidikdə qan olması ( və ya sidiyin tündləşməsi) və s.

Sidik yolu infeksiyaları qadınlarda ən çox rast gəlinən xəstəliklər sırasında yer tutur.

Uşaqlarda da sidik yolu infeksiyaları müşahidə olunmaqdadır və belə olduğu halda müalicə gecikdirilməməlidir. Çünki uşaqlarda sidik yolu infeksiyası irəliləyən zamanda böyrək xəstəliklərinə gətirib çıxara bilir.

Sidik yolu infeksiyaları necə yayılır?

Necə olur ki, pasiyentlər sidik yolu infeksiyalarına məruz qalırlar? Ortaq istifadə olunan tualetlər, cinsi əlaqə, uzun müddət sidiyi saxlamağa çalışmaq, ortaq istifadə olunan sauna, hovuz və s. faktorlar bu səbəblər sırasına daxildir.