Sistit nədir, niyə yaranır, səbəbləri

Sistit xəstəliyi

Sistit cinsiyyət orqanının ən çox görülən xəstəliklərindən biridir. Sidik kisəsinin bakterial iltihabı bu xəstəliyin yaranmasına gətirib çıxarır. Ümumi olaraq, infeksiya da deyə bilərik.

Bu xəstəlik tez zamanda müalicə edilmədikdə, bakteriyalar çox yayılır və bir müddət sonra böyrəklərə yayılır. Qadınlarda sistit xesteliyine kişilərə nisbətən daha çox rast gəlinməkdədir.

 

Sistitə səbəb olan risk faktorları nələrdir? Sistitin sebebleri

Sistit niyə yaranır? Sistit xəstəliyinin səbəbləri nələrdir:

  • Prostat vəzinin böyüməsi
  • Cinsi orqanın təmizliyinin natamam olması
  • Diabet xəstələrində risk daha çoxdur
  • Aktiv cinsi həyat və s.

Əsas səbəbi isə bağırsaqlarda və s. olan bakteriyaların sidik kisəsində toplanmasıdır və yayılmasıdır.

 

Sistit əlamətləri – sistit xesteliyinin simptomlari:

  • Bel ağrısı
  • Qasıq ağrıları
  • Sidikdə görülən qan
  • Sidikdən pis qoxu gəlməsi
  • Tez-tez və ya anidən sidiyin gəlməsi hissi
  • Bəzi hallarda ürəkbulanma və qusma
  • Sidiyin rəngində tündləşmə və s.

 

Sistitin qarsisini almaq olarmi? – Sistitin yaranmasının qarşısını özünüz necə əngəlləyə bilərsiniz? Yuxarıda sadalanan əlamətlər varsa, həkimə müraciət edib, müayinə olunmaqda fayda var.

Yox əgər bu simptomlardan heç birini hiss etmirsinizsə, bu yazı sizin üçün çox faydalı olacaq. Məsləhətlərimizə əməl etməyə çalışın:

 

  • Pambıq alt paltarları istifadə edin
  • Gün ərzində nizamlı şəkildə su içməyə çalışın
  • Cinsi orqanda göbələk olduqda vaxtında müalicə etmək
  • Nəm paltarda çox qalmamaq (alt paltarında və s.)


Sağlamlığınızı qorumaq öz əlinizdədir!