
Haqqımızda
Həkim haqqında
Bağırov Zəbur David oğlu 18 sentyabr 1986-cı ildə Culfa rayon Bənəniyar kəndində ziyalı ailəsində anadan olub və Culfa rayon Bənəniyar kənd orta məktəbini 2003-cü ildə fərqlənmə attestatı ilə bitirib. 2003-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almışdır.
Zəbur Bağırov 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
İş təcrübəsi:
- 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsində gecə növbəsində 1,0 oklad tibb qardaşı kimi çalışıb.
- 03.08.2009 – 31.08.2009 – Diaqnostika Müalicə Mərkəzində interna vəzifəsində çalışıb.
- 01.09.2009 – 25.05.2010-cu il tarixləri arasında Türkiyə Respublikası Kocaeli Universitetinin Ümumi Cərrahiyyə şöbəsində internatura təhsili alıb.
- 2011-2013-cü illərdə Naxçıvan MR Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində şöbə rəisi və Naxçıvan MR Xəstəxanasının Cərrahiyyə şöbəsində əvəzçiliklə 0,5 oklad həkim-cərrah vəzifəsində çalışmışdır.
- 02.12.2013 – 01.01.2017-ci il tarixləri arasında Türkiyə Respublikasının Kocaeli Universiteti Tibb fakültəsi Elmi-Tədqiqat Xəstəxanasında “Urologiya” ixtisası üzrə ixtisasartıma kursunu müvəffəqiyyətlə keçib.
- 01.04.2016-cı il tarixindən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsində 1.0 oklad həkim-uroloq vəzifəsində;
- 01.06.2016-cı il tarixindən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsində əlavə olaraq əvəzçiliklə 0,5 oklad, cəmi 1,5 oklad həkim-uroloq vəzifəsində;
- 16.01.2017-ci il tarixindən 01.03.2018-ci il tarixinə qədər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsinin müdiri vəzifəsində işləyib.
- 2018-2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasının Baş həkimi vəzifəsində fəaliyyət göstərib.
06.09.2023-cü il tarixindən Bakı Sağlamlıq Mərkəzində, həmçinin həmin ilin noyabrında Unikal-A Məhdud Məsuliyyətli cəmiyyətində həkim uroloq cərrah olaraq kimi çalışmağa başlayıb.
XİDMƏTLƏR
Yüksək Keyfiyyətli Xidmətlər
Əlaqə
İndi müraciət et

NİYƏ BİZİ SEÇİRLƏR
Doğru planlanmış müalicə həyat keyfiyyətini yaxşılaşdırır
Pasiyentlərin hər birinə onlar üçün xüsusi hazırlanmış müalicə planı tətbiq olunmalıdır. Hədəfimiz həm sağlamlığı bərpa etmək, həm də həyat keyfiyyətini yaxşılaşdırmaqdır.